+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Yemək və Sevgi: İnsan Psixologiyasındakı Gizli Əlaqə

By Rüstəm Kərimov - 9 Jan 2025 107 0 comments
Yemək və Sevgi: İnsan Psixologiyasındakı Gizli Əlaqə

 

Pasiyentlərimdən biri bulimiya nevrozadan əziyyət çəkirdi. Mədəsi dolana qədər yeyir, sonra isə özünü qusmağa məcbur edib yediklərini qaytarırdı. Sevgi dolu bir münasibət bu problemi həll edəcəyini düşünürdü, lakin biri onunla maraqlandığı zaman yaxınlığa və təmasa dözə bilmirdi, xoş sözlər onun üçün səviyyəsiz görünürdü.

 

Bəyənildiyi üçün coşqu hiss etsə də, qarşı tərəf yaxından tanısa, bəyənilməyəcəyini və ya qarşı tərəfdən hər hansısa bir təhlükə gələcəyini düşünərək təşvişlənirdi. Münasibətə yönəlik həm istək, həm də qorxu arasında gərginlik yaranırdı və ən sonda geri çəkilirdi. Qarşı cins maraqlanmaqdan əl çəkəndə üzüntü, xəyal qırıqlığı və ümüdsüzlük mədəsi dolana qədər yeməyə və sonda özünü qusmağa vadar edirdi.

 

Sevilmədiyini və ya rədd edildiyini düşünmək, xatırlanması xoş olmayan xatirələri xatırlamaq, tıxanırcasına yemə istəyini oyandırırdı və qusmaq artıq ona tiskindirici deyil, əksinə arınma və orgazm hissi verirdi.

 

Yeməklə və sevgi arasında bu əlaqə uşaq doğulduqdan sonra başlayır. Uşaq süd içərkən yalnızca qarnı doymur, eyni zamanda anadan istilik alır, qoxusunu və yumşaqlığını hiss edir. Bütün bunlar körpə üçün sevginin ilk təcəssümləridir və körpəni güvəndə hiss etdirir.

 

Yemək yemək beyində sevgi və güvənlə assosasiya olduğu üçün, biz yemək yeyəndə (xüsusilə yüksək şəkərli və yağlı qidalar) bəyənildikdə və ya uğur qazandıqda ifraz olunan neyrotransmitterlər (dopamin, endorfin və serotonin) ifraz olunur.

 

Şəxs nə zaman emosional boşluqda olsa, yemək yeyərək bu boşluğu doldurur. Xüsusilə yemək pozuntusu (anoreksiya, bulimiya nevroza, tıxanırcasına yemə pozuntusu) olan insanlar üçün bu emosional boşluq özünü kəskin şəkildə göstərə bilər. Bu problemlərdən əziyyət çəkənlər, sevgiyə layiq olmadıqlarını düşünmək, özlərinə nifrət etmək, xarici görünüşlərini bəyənməmək və daima özlərini tənqid etmək tipik davranışlardır.

 

Bizlər bu həyatda nə edirsəyk, demək olar ki, özümüz üçün edirik. Bir insanın özünü sevməsi və dəstəkləməsi təbii bir haldır. Lakin bəziləri o qədər şanslı deyil, yaşadıqları təcrübələr onları özlərinə nifrət etməyə və ya sərt şəkildə tənqid etməyə vadar edir. Bu təcrübələri başa düşmək, özünü tanımaq və anlayış göstərməklə problemi həll etmək mümkündür.


Psixoloq Rüstəm Kərimov

 

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!